Koronavirusa yoluxan 75 neftçi reanimasiyaya yerləşdirilib? - Rəsmi

  • 11:21 - 10 İyul

Dənizdə çalışan neftçilər arasında koronavirusa yoluxan 75 nəfərin reanimasiyada olması haqqında məlumat həqiqəti əks etdirmir. 

Avropa.info xəbər verir ki, bunu azvision.az -a açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib. 

"Dəniz neftçilərimizdən bu qədər adamın reanimasiyada olması haqqında məlumat yanlışdır. Əlbəttə, ayrı-ayrı vaxtlarda yoluxma halları olub. Bu, istər dənizdə, istərsə də quruda və ya aparatda işləyən əməkdaşlarda baş verə bilir. Lakin hazırda yoluxanların əksəriyyəti reanimasiyada deyil", - deyə SOCAR rəsmisi vurğulayıb.  

Qeyd edək ki, sosial şəbəkədə dənizdə çalışan 75 neftçinin koronavirus diaqnozu ilə reanimasiyaya yerləşdirilməsi barədə məlumatlar yayılıb.


Oxunma sayı: 4599

Oxşar yazılar