28 gürcü hərbçi Əfqanıstanda koronovirusa yoluxdu

  • 10:33 - 10 İyul

Əfqanıstanda koronovirusa yoluxmuş 28 Gürcüstan hərbi qulluqçusu xüsusi reyslə Tbilisiyə çatdırılıb.

Avropa.info xəbər verir ki, Əfqanıstanda "Qətiyyətli dəstək" əməliyyatında iştirak edən hərbçilər Almaniya hava qüvvələri vasitəsilə çıxarılıb. Təyyarədə hərbçilərlə yanaşı alman tibb işçiləri də olub.

Gürcüstan Müdafiə Nazirliyi hərbçilərin vəziyyətinin qənaətbəxş olduğunu deyib.

Uçuşdan əvvəl hərbçilər xüsusi izolyatora yerləşdirilib. Onların müalicəsi Qori hospitalında davam edir. 


Oxunma sayı: 4984

Oxşar yazılar