Nazir Səttar Mehbalıyevin oğlu ilə bağlı yeni əmr verdi

  • 10:18 - 10 İyul

Daxili işlər orqanlarında kadr dəyişiklikləri davam edir.

Avropa.info unikal.org-a istinadən xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin rəisi, polkovnik Əli İbrahimov vəzifəsindən azad olunaraq Xəzər rayon Polis İdarəsinin rəisi təyin olunub.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun digər əmri ilə Xəzər rayon Polis İdarəsinin rəisi, polkovnik İsfəndiyar Mehbalıyev isə Qaradağ rayon Polis İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, İsfəndiyar Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin oğludur.


Oxunma sayı: 4027

Oxşar yazılar