Kiyevdən 189 həmyerlimiz vətənə gətirildi

  • 23:58 - 09 İyul

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) bu gün Kiyevdən çarter reysi yerinə yetirərək 189 həmyerlimizi vətənə çatdırıb.

Bu barədə Avropa.info-ya AZAL-dan bildirilib.

Yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.

Qeyd edək ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.


 


Oxunma sayı: 12200

Oxşar yazılar