Türkiyədə gün ərzində 18 nəfər koronavirusdan öldü

  • 22:40 - 09 İyul

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 18 nəfər ölüb.

Bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. 

Nazir bildirib ki, son 24 saatda 50 103 şübhəli koronavirus testindən keçib, onlardan 1024-nün cavabı pozitiv çıxıb. Bu gün daha 2897 xəstə sağalıb.

Türkiyədə indiyədək 209 962 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5300 nəfər ölüb, 190 390 nəfər müalicə olunaraq evə buraxılıb.


Oxunma sayı: 9186

Oxşar yazılar