Rusiya Azərbaycanın təklifini dəstəklədi

  • 20:37 - 09 İyul

BMT Baş Assambleyasında COVID-19 pandemiyası ilə mübarizəyə, onun fəsadlarını yumşaltmaqla bağlı tədbirlərə həsr olunmuş xüsusi sessiyanın keçirilməsinə dair Azərbaycan Respublikasının təşəbbüsü 130-dək üzv dövlət tərəfindən dəstəklənib.

Bu təşəbbüsü həftəlik brifinqdə şərh edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Azərbaycanın bu addımını dəstəklədiklərini dilə gətirib:

“Bu sessiyanın qurucu ab-hava ilə keçərək dayanıqlı qərarların verilməsilə başa çatacağına şübhəmiz yoxdur. Bu səpgidə maraqlı müzakirələr gözləyirik. Nyu-Yorkda epidemioloji vəziyyətin gərgin olması nəzərə alınsa, həmin xüsusi sessiyanın məsafəli formatda keçirilməsi nəzərdə tutulur. Hazırda müvafiq prosedurların razılaşdırılması aparılır”.(report)


Oxunma sayı: 5061

Oxşar yazılar