Türkiyədə CHP-nin qurultayının vaxtı açıqlanıb
- 20:02 - 09 İyul
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) qurultayının vaxtı məlum olub.
CHP sədri Kamal Kılıçdaroğlunun 24 siyasi partiyanın liderlərinə ünvanladığı məktubda bildirilib ki, partiyanın 37-ci qurultayı 25-26 iyul tarixlərində keçiriləcək.
Məktubda vurğulanıb ki, Səhiyyə Nazirliyi tərəfindən qurultayın keçirilməsinə icazə verilib.
“COVID-19-a görə açıq havada və tamaşaçısız keçirmək məcburiyyətində qaldığımız qurultayımıza sizləri dəvət edə bilmədiyimiz üçün təəssüflənirik”, - deyə məktubda qeyd olunub.
Xatırladaq ki, 28-29 mart tarixlərində keçirilməsi planlaşdırılan qurultay COVID-19 pandemiyasına görə təxirə salınıb.