Azərbaycanın Müdafiə naziri Türkiyəli həmkarına başsağlığı verib

  • 18:09 - 09 İyul

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Sakarya vilayətində baş vermiş partlayış nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması və yaralanması ilə əlaqədar Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara başsağlığı ünvanlayıb.

Bu barədə Avropa.info-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Başsağlığında deyilir: “Pirotexniki vasitələrin utilizasiyası zamanı baş vermiş partlayış nəticəsində qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması və yaralanması haqqında xəbər məni çox kədərləndirdi.
Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Sizin acınız bizim də acımızdır.

Allah rəhmət eləsin”.


Oxunma sayı: 5633

Oxşar yazılar