Rus turist sayı keçən ilkindən dəfələrlə az olacaq - Səbəb

  • 17:44 - 09 İyul

Rusiya Turizm İttifaqının sədri Andrey İqnatyev bu il dəniz sahillərinə səyahət edən rus turistlərin keçən illə müqayisədə çox az olduğunu deyib.

Avropa.info xəbər verir ki, məsələ ilə bağlı mətbuat konfransı keçirən İqnatyev:

"Türkiyə keçən il 7 milyon Rusiya vətəndaşını qəbul edib. Bu il bu qədər çox rus turist olmayacaq. Birinci tələbat çox aşağıdır. Epidemiya əsnasında əksəriyyət ödənişli məzuniyyət icazəsindən istifadə etdi, xeyli adam məcburi şəkildə məzuniyyətə çıxarıldı".

İqnatyevin sözlərinə görə, Rusiya daxili turizmi də vəziyyətdən təsirlənib:

"Rusiya turizm mərkəzləri fəaliyyət göstərməyə başlayıb, turist qəbul etməyə hazırlaşırlar. Adam sayı çox olmayacaq, ancaq turistlər bu il özlərinə tətil icazəsi ver bilərlər". 


Oxunma sayı: 8504

Oxşar yazılar