Yoxa çıxan Seul meri ölü tapıldı

  • 16:58 - 09 İyul

Cənubi Koreyanın paytaxtı Seulun meri Park Von Sunun ailəsi onun yoxa çıxması haqda polisə müraciət edib.

Avropa.info xəbər verir ki, Parkın qızı yerli vaxtla 17:17-də polisə zəng vuraraq atasının 4-5 saat əvvəl vəsiyyətə oxşar mesaj qoyaraq evdən çıxdığını, teflonunun isə bağlı olduğunu bildirib.

Mer zənglərə cavab vermədiyi üçün qızı polisə müraciət edib. Merin telfonunun ən son siqnal göndərdiyi ərazi Seulun Sunqbuk məhəlləsi olub. Park Von Sun üçün dron, itlər və 150 polisin iştirakı ilə axtarış əməliyyatı başlayıb.

Son məlumata görə, Çinin CGTN telekanalı öz mənbələrinə istinadən merin ölü halda tapılması xəbərini yayıb.

Qeyd edək ki, Park Von Sun 2011-ci ildən Seulun meri vəzifəsindədir.


Oxunma sayı: 7415

Oxşar yazılar