Misir: İŞİD Liviyaya geri qayıdır

  • 16:08 - 09 İyul

Misir xarici işlər naziri Samih Şukri BMT TŞ-da çıxışında İŞİD silahlılarının Liviyaya geri qayıtdığını deyib.

Avropa.info xəbər verir ki, Samih Şukri "İŞİD silahlılarının Liviyanın qərbində yerləşən bəzi şəhərlərdə, xüsusilə Sabrathada yenidən görünməsindən çox narahatam" deyib.

Şukri BMT üzvü ölkələrin Liviyada terrorla mübarizə aparılması üçün radikallara göstərilən bütün yardımların qınanılmasını istəyib.

Şukriyə görə, Liviyada yaranana təhlükə Misirin qərb sərhədləri üçün təhlükə yaradır.


Oxunma sayı: 14499

Oxşar yazılar