Moskvada qoruyucu maska rejimi ləğv olunur

  • 16:07 - 09 İyul

Moskvada məcburi qoruyucu maska rejimi ləğv olunur.

Avropa.info APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin öz şəxsi bloqunda yazıb.

O, iyulun 13-dən etibarən Moskvada küçələrdə məcburi maska rejiminin ləğv olunacağını söyləyib.

Bununla yanaşı, Moskva meri sosial məsafə tələbinin hələ də qüvvədə qaldığını vurğulayıb: "13 iyul 2020-ci il tarixindən küçələrdə vətəndaşlara maskadan, respirator və digər qoruyucu vasitələrdən istifadə etmək tövsiyə olunur. Küçələrdə məcburi maska rejimi isə ləğv olunur".


Oxunma sayı: 10385

Oxşar yazılar