3 şəhid, 6 yaralımız var - Sakaryadakı partlayışla bağlı Türkiyə DİN-dən açıqlama (Yenilənib)

  • 15:00 - 09 İyul

Türkiyə DİN bu gün Sakarya vilayətində baş verən partlayışla bağlı açıqlama verib.

Avropa.info xəbər verir ki, DİN-nin məlumatına görə, partlayış keçən həftə partlamış Sakarya fişəng fabrikindən geriyə qalan partlayıcıların poliqonda partladılması üçün aparılması zamanı baş verib. Partlayıcı maşından çıxarılan məqamda partlayış olub, 3 jandarma üzvü şəhid olub, 6 personal yaralanıb. Şəhid olan şəxslərdən ikisi partlayıcı maddələrin məhv edilməsi üzrə komandanın üzvləridir.

***

Türkiyənin Sakarya vilayətinin Taşkısığı rayonunda güclü partlayış olub. 

Avropa.info xəbər verir ki, partlayışda ilkin məlumata görə, 5 hərbçi və 1 mülki şəxs yaralanıb. 

Hadisə yerinə xeyli sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları göndərilib. 

CNN Türkün məlumatına görə, partlayış fişəng daşıyan maşında baş verib. 

Yerli şahidin sözlərinə görə, partlayış utilizasiya edilməli olan sursatı partlatmaq üçün poliqona aparan hərbi maşında baş verib. Partlayış nəticəsində hərbi maşın tamamilə sıradan çıxıb. 

Xatırladaq ki, keçən həftə Sakaryada fişəng fabriki parlamış, partlayışda 7 nəfər ölmüş, 122 nəfər yaralanmışdı.


Oxunma sayı: 11529

Oxşar yazılar