Çinlə Hindisatan arasında gərginlik: Rəsmi Dehli Pekinlə iqtisadi əməkdaşlığa yenidən baxır – “Atlas” Araşdırmalar Mərkəzinin şərhi

  • 12:55 - 09 İyul

Çin - Hindistan sərhədində iyunun 16-da hərbçilərin ölümüylə müşahidə olunan son insidentdən sonra Pekinlə Dehli arasında danışıqlar oldu. Məqsəd vəziyyəti sabitləşdirmək idi. 

Buna baxmayaraq, sərhəd bölgəsində vəziyyət gərgin olaraq qalır. Əldə olunan razılaşmaya baxmayaraq, tərəflər hərbi qüvvələrini sərhəd boyu geri çəkməyiblər. Ekspertlərin fikrincə, hər iki ölkənin sərhədçiləri qış aylarına qədər sərhəddin dağlıq hissələrini tərk etməyəcəklər. Əksinə, Çin sərhəd boyu hərbi qüvvələrinin sayını artırır. Buna cavab olaraq Hindistan sərhəd bölgəsinə əlavə 3 hərbi diviziya yerləşdirib. Hindistan ayrıca, sərhəddə nəzarəti gücləndirmək məqsədilə ABŞ-dan “Predator” pilotsuz uçuş aparatları almağa hazırlaşır. Bu arada, Hindistanın baş naziri Narendra Modi sərhəddə insidentin baş verdiyi Ladakx bölgəsini ziyarət edib, hərbçilərlə görüşüb. Onu baş qərargahın rəisi Bipina Ravata və quru qoşunların komandanı Manodja Mukunda Naravane müşayiət ediblər. Narendra Modi hərbçilər görüşdə bunları deyib: “Siz dünyanın ən ağır şərtləri şəraitində xidmət edirsiniz. Buna baxmayaraq, siz hər dəfə sübut edirsiniz ki, Hindistan silahlı qüvvələri güclüdür”. Modi bu açıqlamasıyla Çinə güzəştə getməyəcəyinə eyham vurub. 

Rəsmi Dehli Çinlə iqtisadi əməkdaşlığa yenidən baxır.  Misal üçün, Dehli Çinin “Huawei” şirkətinin Hindistan ərazisində 5G mobil sistemini qurması layihəsindən imtina edib. Bununla “Huawei” şirkəti əhalisi 1 milyarddan çox olan Hindistanda gəlir əldə etmək imkanından məhrum oldu. Hindistan Çindən 2.8 milyard dolar həcmində enerji avanadlıqları almalı idi. Dehli sərhəddəki insidentdən sonra bu razılaşmadan da imtina edib. Halbuki, Narendra Modi hakimiyyətə gəldiyi gündən Çinlə yaxınlaşmağa meyl edirdi. O ötən ilin payızında Çinin lideri Tsi Tsinpini Hindistanda böyük təmtəraqla qarşılayaraq müxtəli anlaşmalar imza atmışdı. Çinin yanlışlığı ona baha başa gəldi. Çin digər qonşusu Yaponiya ilə də əlaqələri gərginləşdirir. Çinin hərbi gəmiləri Yaponiya sahillərinə daxil olaraq həmin ərazidə uzun müddət qalırlar. Çinin hərbi gəmiləri bu təhlükəli manevrləri hər həftə davam etdirirlər. Sonunca dəfə Çin hərbi gəmiləri Yaponiya sularında 70 saat üzüblər. Bu Çin-Yaponiya münasibətləri tarixində antirekord sayılır. Təsadüfi deyil ki, Yaponiya Nazirlər Kabinetinin baş katibi Esixide Suqa Pekinin bu hərəkətlərinə etiraz edib. Çin isə iddia edir ki, Yaponiya yaxınlığında ona aid adalar var.

Beləliklə, Çin qonşularının əksəriyyətli ilə sərhəd pozuculuğunu genişləndirir. Çinin Hindistan və Yaponiya ilə yanaşı Vyetnam, Tayvan, Malayziya, Filippin və Bruneylə də sərhəd ixtilafı var. Başqa sözlə Çin qonşularına əzələ nümayişini göstərməkdə davam etdirir. 

“Atlas” Araşdırmalar Mərkəzi
Xüsusi olaraq, Avopa.info üçün


Oxunma sayı: 7162

Oxşar yazılar