Rusiyada müsəlman qadına irqçi hücum: Uşaqlarının gözü önündə təpiklədi

  • 12:08 - 09 İyul

Rusiyada uşaqlarının gözü önündə müsəlman bir qadına hücum edən şəxs həbs olunub.

Avropa.info xəbər verir ki, Tatarıstanda uşaqları ilə parkda gedərkən müsəlman qadın irqçi, islamafof bir nəfər tərəfindən hücuma məruz qalıb.

Həmin iqrçi şəxs 4 uşağı ilə parkda gedən müsəlman qadına hücum edir. Hadisə Tatarıstanın Tübənkama şəhərində baş verib.  Uzun müddət qadını izləyən şəxs onu təpiklə vurub. Aldığı zərbələrin təsirindən yerə yıxılan qadını uşaqları dəhşət içində izləyiblər.

Yerə yıxılan qadını hücum edən şəxs təpikləməyə davam edib. Bu anlarda uşaqların qorxu içində analarını izlədiyi görülür. 

Tübənkama şəhərinin hüquq-mühafizə orqanları 34 yaşında olan hücum edən şəxsi saxladıqlarını açıqlayıb.

Həmin şəxsin barəsində cinayət işi başlanılıb.


Oxunma sayı: 23222

Oxşar yazılar