"Türklər uğur qazanarsa, Liviya Şimali Kipr Türk Respublikası kimi olacaq" - Haftarın generalı

  • 11:58 - 09 İyul

"Türklərin uğur qazanması halında Liviya Şimali Kipr Türk Respublikası kimi olacaq".

Avropa.info xəbər verir ki, bu açıqlamanı qiyamçı general Xəlifə Haftara məxsus ordunun Baş Komandanlığının sözçüsü general-mayor Əhməd Əl-Mismari deyib.

Mismari Türkiyənin BMT tərəfindən tanınan Liviya Həmrəylik Hökumətinə dəstək verməsindən narahat olduğunu deyib. Türkiyəyə qarşı ağır ittihamlar irəli sürən Mismari Liviya Mərkəzi Bankına gedən hər dolların Ankaraya getdiyini və milyardlarla Liviya pulunun Ankaraya daşındığını iddia edib. 

Türkiyənin müdafiə naziri Hulusi Akarın Tripoliyə etdiyi səfər onu özündən çıxarıb. 

Haftarın generalı türklərin uğur qazanması halında sonsuza qədər Liviyada qalacağını da iddia edib.


Oxunma sayı: 5127

Oxşar yazılar