Rusiyalı alim: Çindən dünyaya koronovirusdan, taundan daha təhlükəli viruslar yayıla bilər

  • 11:22 - 09 İyul

Rusiya elm adamı, doktor Aleksandr Myasnikov Çindən gələ biləcək bəzi virusların koronovirus və taundan daha təhlükəli olduğunu, bəşəriyyətin simasını dəyişdirə biləcəyini deyib.

Avropa.info xəbər verir ki, Myasnikov Çin mənşəli donuz qripi ehtimalının daha qorxuducu olduğunu deyib. Rusiyalı həkim ehtimal olunan yeni pandemiya nəticəsində nəinki yaşlılar və xəstəliyi olanlar, uşaqlar və gənclərin də ölə biləcəyini, ölü sayının milyonlarla nəfərə çata biləcəyini iddia edib.

Myasnikov qrip viruslarının koronoviruslara oxşamadığını, koronovirusun öz içində közərən oda, qripin isə partlayışa oxşadığını deyib. Misal kimi, quş qripində ölüm faizi 35-45% arasında dəyişirdi.

Doktor Myasnikov quş qripinin bir neçə ilə əvvəl Moskva ətrafında aşkarlandığını, lakin mutasiya keçirib insana sıçramadığını bildirib. O, koronovirus pandemiyasını "Heç bir şeyə hazır olmadığımızı göstərən təlim" ilə müqayisə edib.


Oxunma sayı: 5039

Oxşar yazılar