Qazaxıstan koronovirus xəstələrini müalicə etmək üçün həkim tapa bilmir

  • 10:48 - 09 İyul

Qazaxıstanda koronovirusla mübarizə üçün təxminən 1400 həkim, 1700 tibb işçisi çatışmır.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Qazaxıstanın səhiyyə naziri Acar Qiniyat çıxış edib.

"Bu gün üçün epidemiya əleyhinə müəssisələrdə 46 min tibb işçisi fəaliyyət göstərir. Onlardan 9 mini həkimdir. İnfeksion xəstəxanalarda 23 min tibb işçisi işləyir, onlardan 5 mini həkimdir. Həkimlər çatmır, 1400 həkimə, 1700 tibb işçisinə ehtiyac var" - Qiniyat deyib.

Ölkədə sutka ərzində 1962 yeni yoluxma halı qeydə alınıb. Ümumi yoluxanların sayı isə 53021 nəfərə çatıb. 6 iyuladək koronovirusdan 264 ölüm halı qeydə alınıb. Sağalan xəstələrin sayı isə 34,1 min nəfəri keçib.


Oxunma sayı: 7140

Oxşar yazılar