Moskva ətrafı bölgələrdə kafe və restoranların fəaliyyəti bərpa olunur

  • 23:30 - 08 İyul

Moskva vilayətində koronavirus infeksiyasının qarşısının alınması məqsədilə qapadılmış restoranların, kafelərin, yeməkxanaların, bufetlərin və barların fəaliyyəti bərpa olunur. 

Bu barədə Moskva vilayətinin rəsmi internet saytında yerləşdirilən sənəddə bildirilib.

Təsdiq edilmiş sənədin müvafiq paraqrafında qeyd olunub ki, adıçəkilən obyektlər yalnız 25 iyul 2020-ci il tarixindən fəaliyyətə başlaya bilər.(apa)


Oxunma sayı: 5457

Oxşar yazılar