Avstriyada uçqun olub, ölən və yaralananlar var

  • 22:55 - 08 İyul

Avstriyanın Ştiriya əyalətindəki dağlıq ərazidə yerləşən və mühüm turizm bölgələrindən olan Barenşutzklamm dərəsində baş verən uçqun nəticəsində dağa qalxan turistlərdən 2-si ölüb, 8-i isə yaralanıb.

Bu gün günorta saatlarında meydana gələn hadisə nəticəsində Macarıstandan olan 50 yaşlı turist və yaxınlıqdakı Qraz şəhərindən 21 yaşlı gənc dünyasını dəyişib. Yaralılardan birinin vəziyyəti ciddidir.

Hadisə yerinə xilasedicilər, polis və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri cəlb edilib.

Ştiriya Xilasetmə Xidmətinin rəhbəri turistlərin ən çətin yamacda yürüş etdiklərini, bu səbəbdən də xəsarət alanların çox olduğunu bildirib.(report)


Oxunma sayı: 14114

Oxşar yazılar