Sumqayıtda evini qanunsuz şəkildə tərk edən koronavirus xəstəsinə cinayət işi açılıb - VİDEO

  • 22:38 - 08 İyul

Sumqayıt şəhər Polis idarəsi və Qubadlı rayon polis şöbəsinin əməkdaşları Sumqayıt şəhərinin inzibati ərazisində qanunsuz olaraq yaşadığı evi tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Avropa.info xəbər verir ki, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər Kotec qəsəbəsində yaşayan 1963-cü il təvəllüdlü Kərimov İbrahim Ramazan oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağırılıb. 

Qeyd edək ki, Kərimov İbrahim Ramazan oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir. 

Şəxs polisin nəzarətinə götürülüb.

 


Oxunma sayı: 5160

Oxşar yazılar