Sahibə Qafarova Mustafa Şentopu təbrik edib

  • 22:20 - 08 İyul

Milli Məclisin sədri Sahibə Qafarova və iyulun 7-də yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilən Mustafa Şentop arasında bu gün telefon danışığı olub.

Avropa.info xəbər verir ki, Sahibə Qafarova bu barədə “Facebook” hesabında paylaşım edib. 

“Qardaş ölkənin Spikerinə fəaliyyətində davamlı uğurlar arzuladım. Telefon danışığımızda ölkələrimizin qanunverici orqanları arasında əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün yorulmadan çalışmaq niyyəti və əzmimizi bir daha ifadə etdik”.


Oxunma sayı: 6172

Oxşar yazılar