Kanye Uest ABŞ-da prezidentliyə müstəqil namizəd olacaq

  • 22:02 - 08 İyul

Tanınmış müğənni, bəstəkar, reper Kanye Uest ABŞ-da bu il keçiriləcək prezident seçkilərində müstəqil namizəd sifətilə iştirak edəcəyini bildirib.

 “Forbes” xəbər verir ki, musiqiçinin dediyinə görə, Donald Tramp olmasaydı, namizədliyini Respublikaçılar Partiyasından irəli sürərdi: “Mən müstəqil namizəd kimi iştirak edəcəyəm, çünki Tramp var”.

Daha əvvəl dəfələrlə Donald Trampı dəstəkləyən bəyanatlar vermiş Kanye Uest prezidentliyə namizəd olmaq fikrinin ona bir dəfə rep bəstələyərkən gəldiyini, bu fikrini ilk dəfə 2015-ci ildə “MTV Video Vanguard” musiqi mükafatının təqdimat mərasimi zamanı açıq dilə gətirdiyini bildirib.

Musiqiçi həmçinin bildirib ki, vitse-prezidentliyə namizədi heç kimin tanımadığı vayominqli keşiş Mişel Tibdal, seçki kampaniyasında şüarı isə “Bəli” olacaq.(report)


Oxunma sayı: 5468

Oxşar yazılar