Niderland - İspaniya oyununun yeni tarixi açıqlandı

  • 20:00 - 08 İyul

Niderland və İspaniya komandaları arasında koronavirus pandemiyası səbəbindən təxirə salınmış yoldaşlıq oyununun yeni tarixi açıqlanıb.

İspaniya Kral Futbol Federasiyasının rəsmi saytında iverilən məlumata görə, qarşılaşma noyabrın 11-də Amsterdamda keçiriləcək. Daha əvvəl matçın martda oynanılması nəzərdə tutulmuşdu.

Qeyd edək ki, bu komandalar 2010-cu ildə dünya çempionatının finalında da üz-üzə gəliblər. Həmin görüşdə Andres İnyestanın 116-cı dəqiqədə vurduğu qol ispanlara çempionluq qazandırıb.


Oxunma sayı: 12574

Oxşar yazılar