Kürdəmirdə 12 baş iribuynuzlu oğurlayan şəxs saxlanıldı

  • 19:42 - 08 İyul

Kürdəmirdə oğurluq hadisəsi baş verib.

”Report” xəbər verir ki, Kürdəmir rayon Qarabucaq kənd sakini Fərzəiyev Məhərrəm Səfiyar oğlu rayon polis şöbəsinə ərizə ilə müraciət edərək  çöl otlaq sahəsindən ona məxsus 12 baş iri buynuzlu heyvanın oğurlanması ilə bağlı  məlumat verib.

Bunula bağlı  Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, həmin oğurluğu törədən şəxs Qəbələ rayonunda qeydiyyatda olan və hazırda Kürdəmir rayonu Qarabucaq kəndində  yaşayan Əhmədli İlkin Vəlimət oğludur.

Keçrilən əməliyyat-axtarış tədbirləri nəticəsində Əhmədli İlkin saxlanılaraq şübhəli şəxs qismində Kürdəmir Rayon Polis Şöbəsinə gətirilib. O, ilkin dindirmə zamanı cinayyət əməlini etiraf edib.

Faktla bağlı Kürdəmir rayon polis şöbəsində araşdırmalar davam etdirilir.


Oxunma sayı: 7173

Oxşar yazılar