AzTV-nin koronavirusa yoluxan əməkdaşlarından biri sağalıb

  • 18:08 - 08 İyul

AzTV-nin koronavirusa yoluxmuş aparıcısı Ülfət Rəhim sağalıb.

Bu barədə aparıcı özü sosial şəbəkədə məlumat verib.

"Bilənlər bilir, artıq xeyli müddətdir evdəyəm. Müalicəm tam başa çatıb, şükürlər olsun. Analizlərin cavabları da gözəl çıxıb. Çətin bir dönəmdən keçdim", - aparıcı qeyd edib.

Qeyd edək ki, AzTV-nin 10 əməkdaşı koronavirusa yoluxub. Onlardan 2-si evə buraxılıb, 2-si vəfat edib. Digər 6 nəfərin xəstəxanalarda müalicəsi davam etdirilir.


Oxunma sayı: 4665

Oxşar yazılar