Ermənistan cəbhə xəttində növbəti dəfə təxribat törətdi – Foto

  • 17:53 - 08 İyul

Ermənistan silahlı qüvvələri cəbhə xəttində növbəti dəfə təxribat törədib.

Avropa.info "Report"a istinadən xəbər verir ki, işğalçı ordunun bölmələri qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində neytral ərazilərə od vurublar.

Nəticədə təmas xəttinin Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığında yerləşən ərazilər yanıb.

Sakinlərin sözlərinə görə, güclü yanğın böyük sahəni əhatə edib.

Qeyd edək ki, Ermənistan tərəfi mütəmadi olaraq Tovuz və Tərtər rayonu istiqamətində yanğınlar törədirlər.


Oxunma sayı: 5094

Oxşar yazılar