Milli Şuranın “zoom-konfransı"nda ifrat yaltaqlıq: Həmkarları Rahim Hacıyevə "insanları iyrəndirir" cavabını verdi – Video

  • 16:34 - 08 İyul

Milli Şuranın keçirdiyi “zoom-konfransın”dan növbəti görüntü yayılıb.

Avropa.info-nun məlumatına görə, Rahim Hacıyevin Əli Kərimli barədə sosial şəbəkədə yazdıqları mübahisə yaradıb.

Qeyd eək ki, Rahim Hacıyev yazısında "zəmanəmizin Rəsulzadəsi" adlandırıb. Bu yazı Milli Şurası üzvləri arasında ironiya ilə qarşılanıb. Cəmil Həsənli, Vidadi Mirkamal və Gültəkin Hacıbəyli buna etiraz edib. Rahim Hacıyev buna cavab olaraq fikirlərində heç bir qüsur olmadığını deyib, V. Mirkamal isə belə fikirlərin insanları iyrəndirdiyini söyləyib.

Qənimət Zahid isə ironiya ilə “Yaxşı bəylər, Topçubaşov. Allah xeyir versin” replikasını atıb.

Qənimət Zahid daha sonra bildirib ki, şiddət artırılmalı, Əli Kərimlinin blokadası onlar üçün qoruyucu xətt olmalıdır. O qeyd edib ki, bu şiddətin saxlanılması, təbliğatın aparılması Əli Kərimliyə, Milli Şuraya, AXCP-yə siyasi qazanc gətirir.


Oxunma sayı: 5952

Oxşar yazılar