Qəbələdəki dağlıq ərazidə güclü yanğın – İki ədəd helikopter cəlb olundu

  • 14:41 - 08 İyul

Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın baş verib. 

Fövqəladə Hallar Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb edilib. Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.


Oxunma sayı: 4577

Oxşar yazılar