Traktor su arxına aşdı, sürücü boğularaq öldü

  • 14:17 - 08 İyul

Bərdədə traktor su arxına aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, iyulun 7-də saat 18 radələrində Bərdə rayonunun Bala Ərəblər kəndi ərazisində Güloğlular kənd sakini Yelmar Məmmədov idarə etdiyi "JT" markalı traktoru su arxına salıb.

Nəticədə sürücü suda boğularaq ölüb, sərnişini xəstəxanaya yerləşdirilib. 


Oxunma sayı: 5710

Oxşar yazılar