Rusiya qətl törətməkdə təqsirləndirilən azərbaycanlını beynəlxalq axtarışa verdi

  • 14:04 - 08 İyul

Rusiya hüquq-mühafizə orqanları adam öldürməkdə təqsirləndirilən azərbaycanlını İnterpol xətti ilə axtarışa verib. 

Avropa.info APA-ya istinadən xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, Gürcüstanın Marneuli rayonunda anadan olan, 1988-ci il təvəllüdlü Anar Xudayev qəsdən adam öldürmə və silahlı basqın  cinayətlərində təqsirli bilinir.

Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.


Oxunma sayı: 13608

Oxşar yazılar