Azərbaycanın Baş epidemioloqu kəndə getdi və... – İstefa verdi

  • 13:08 - 08 İyul

Tibb elmləri doktoru, professor İbadulla Ağayev Azərbaycanın Baş epidemioloqu vəzifəsindən çıxıb.

Avropa.info bildirir ki, bu barədə jurnalistlərə İ.Ağayev özü məlumat verib.

O bildirib ki, Baş epidemioloq vəzifəsindən öz istəyi ilə istefa verib: “1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin Əməkdar müəllim, Əməkdar elm xadimiyəm. 1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işləyəndə heç kimə bunun müqabilində pul, maaş verilmir. Heç kim mənə heç nə deməyib. Sadəcə könüllü olaraq ərizə yazdım”.

Xatırladaq ki, İbadulla Ağayev unikal.org-un əməkdaşının zəngindən sonra qalmaqal mərkəzinə düşmüşdü. Jurnalistin Azərbaycandakı epidemioloji vəziyyətlə bağlı sualına cavab verən İ.Ağayev kənddə olduğunu və pandemiya ilə bağlı xəbərləri izləmədiyini demişdi. Daha sonra o, həmin vaxtda bir qohumunun dəfnində olduğunu və buna görə jurnalistlə danışa bilmədiyini bildirmişdi.


Oxunma sayı: 8900

Oxşar yazılar