Ermənistanda koronovirusdan ölüm sayında yeni antirekord

  • 12:49 - 08 İyul

Ermənistanda Kovid-19 diaqnozu təsdiq olunmuş şəxslərin sayı 29 280 nəfərə çatıb.

Avropa.info xəbər verir ki, keçən sutka ərzində 535 yeni yoluxma faktı qeydə alınıb. Dünən 18 nəfər olmaqla, Ermənistanda virusdan 521 nəfər həyatını itirib. Koronovirusa yoluxub başqa səbəblərdən həyatını itirənlərin sayı isə 164 nəfər təşkil edib.

17 427 nəfər sağalıb. 11 708 nəfər müalicə alır. Ümumi götürülən testlərin sayı isə 127 171-dir. 


Oxunma sayı: 2971

Oxşar yazılar