Bakıda bazarda gizli fəaliyyət göstərən obyektdə 8 qadın saxlanıldı – Foto

  • 12:26 - 08 İyul

Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb.

Avropa.info APA-ya istinadla xəbər verir ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən bazarın içində epidemiya əleyhinə rejim qaydalarını pozan kafedə 8-i qadın olmaqla 9 nəfər aşkar edilərək saxlanılıb.

Saxlanılanlardan 3 nəfər barəsində toplanan materiallar baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. 6 nəfər barəsində isə inzibati protokol tərtib edilib və onların hər birinə 200 manat cərimə cəzası verilib.

 


Oxunma sayı: 3686

Oxşar yazılar