Koronavirusun ikinci dalgası: 80 milyon insan işsiz qala bilər – Beynəlxalq təşkilatdan sensasion hesabat

  • 12:00 - 08 İyul

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) koronavirusun ikinci dalğasının işsizlik miqyasının 12 faizə çıxara biləcəyini bəyan edib.

Avropa.info xəbər verir ki, mərkəzi Parisdə yerləşən OECD çərşənbə axşamı açıqladığı son hesabatda koronavirus böhranının 2008-ci il maliyyə böhranı ilə müqayisədə əmək bazarına 10 dəfə ağır zərbə vurduğunu qeyd edib.

Qurum bu təşkilata üzv olan 37 ölkədə ümumi işsizlik miqyasının aprel ayında son 10 ilin ən yüksək həddinə çataraq, 8.5 faiz olduğunu və may ayında bu nisbətin 8.4 faizə endiyini açıqlayıb.

2020-ci ilin sonunda bu nisbətin 10 faizə çatacağı gözlənilir. Qeyd edək ki, 2019-cu ildə işsizlik miqyası 5,3 faiz olmuştu.

Pandemiyanın ikinci dalğası ilə bu nisbətin 12 faizə qədər yüksələcəyi ehtimal edilir. 

"Business Insider" xəbər saytı OECD-ə üzv olan ölkələrin əhalsinin təxminən 666 milyon olduğunu, bu ölkələrdə də işsizlərin sayının 80 milyona çatacağı anlamına gəldiyini yazıb.

Hesabatda, eyni zamanda, məşğulluq bazarının 2021-ci ilə qədər bərpa olunacağının gözlənilmədiyi qeyd olunur.

Hesabatda işsizlikdən ən çox zərər çəkən gənclər və qadınların olduğu bildirilir.

Böyük maliyyə böhranından sonra ən böyük məşğulluq böhranının bərabərsizliyin və yoxsulluğun artacağının gözlənildiyi və bu böhranın sosial böhrana çevrilməməsi üçün ölkələrin ən qısa müddətdə güclü sosial-iqtisadi siyasət hazırlamaları lazım olduğu ifadə olunub.


Oxunma sayı: 6491

Oxşar yazılar