Məktəblərin açılması üçün qubernatorlara təzyiq edəcəyik - Tramp

  • 11:10 - 08 İyul

ABŞ prezidenti Donald Tramp və arvadı Melaniya Tramp Kovid-19 tədbirləri çərçivəsində qapadılan məktəblərin yenidən açılması ilə bağlı Ağ Evdə dəyirmi masa keçiriblər.

Avropa.info xəbər verir ki, Tramp 3 noyabrda keçiriləcək seçkilərdə demokratların üstünlük qazanmaq üçün məktəblərin bağlı qalmasını istədiyini deyib:

"Məktəblərin yenidən açılması məsələsində siyasi açıqlamalar verilməsini, ya da bu vəziyyətin siyasi əsaslarla istifadə olunmasını istəmirik. Məktəblərin payızda açılması üçün ştat qubernatorlarına və digər səlahiyyətli şəxslərə böyük təzyiq edəcəyik".


Oxunma sayı: 4247

Oxşar yazılar