Tramp ÜST-lə əlaqələri kəsmək üçün Konqresə bildiriş göndərdi

  • 23:45 - 07 İyul

ABŞ prezidenti Donald Tramp Konqresə ölkənin Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə əlaqədar rəsmi bildiriş göndərib.

Bu barədə senator Bob Menendes deyib.

“Bu, amerikalıların həyatını və (onların - Red) maraqlarını qorumayacaq. Amerikanı xəstə və tək qoyacaq” - deyə senator “Twitter” səhifəsində yazıb.

Senator Trampın hərəkətlərini “xaotik və uyğunsuz” adlandırıb.(report)


Oxunma sayı: 13014

Oxşar yazılar