İspaniyada 53 minə yaxın tibb işçisi koronavirusa yoluxub

  • 22:03 - 07 İyul

İspaniyada 53 minə yaxın tibb işçisi, yəni ölkədəki bütün tibb işçilərinin 10 faizi COVID-19 xəstəliyinə tutulub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

İspaniyada koronavirusa yoluxanların ümumi sayı 250 minə yaxındır. Lakin ekspertlərin sözlərinə görə, yoluxanların real sayı 2,5 milyondan çoxdur, yəni orta hesabla İspaniya sakinlərinin hər 20 nəfərindən biri COVID-19 xəstəliyinə tutulub.

Tibb işçilərinin yoluxmaya daha çox məruz qalması onların peşə fəaliyyəti ilə bağlıdır. Sonrakı yerləri sosial işçilər (təqribən 8 faiz), polislər və yanğınsöndürənlər tutur (6 faizdən çox).


Oxunma sayı: 5281

Oxşar yazılar