Ukraynada “Lotu Quli”nin adamları saxlanılıb - VİDEO

  • 18:22 - 07 İyul

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Odessa şəhərində “Lotu Quli” kimi tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun dəstəsinin üzvlərini saxlayıb.

Avropa.info apa-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, dəstə üzvləri yerli sahibkarlardan bir nəfərini qaçırmağa hazırlaşıb və Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları bundan xəbər tutublar.

 

Ümumilikdə dəstəyə 10-dan çox yerli sakin daxildir. Onlar əvvəlcə süni şəkildə münaqişə vəziyyəti yaradaraq daha sonra zərərçəkənlərdən məsələnin həlli üçün külli miqdarda pul vəsaiti tələb ediblər. Vəsaiti ödəməyəcəkləri təqdirdə onları ölümlə hədələyiblər.

Qeyd olunub ki, dəstə üzvlərinə azərbaycanlı “qanuni oğru” Nadir Səlifov (“Lotu Quli”) nəzarət edib.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Oxunma sayı: 7283

Oxşar yazılar