Rusiyada bir xəstəxananın 100-dən çox həkimi koronovirusa yoluxdu

  • 16:56 - 07 İyul

Rusiyanın Sverdlovsk vilayətinin 1 saylı Yekaterinburq xəstəxanasında 100-dən çox həkim koronovirusa yoluxub.

Avropa.info xəbər verir ki, bu barədə səhiyyə sahəsində işləyən mənbə məlumat verib. May və iyun ayında ümumilikdə 140 əməkdaş yoluxub. İki həkimin, o cümlədən cərrahiyə şöbəsinin müdiri Yuri Mansurovun koronovirusdan öldüyü bildirilir.

Xəstəxananın baş həkimi İqor Trofimov faktı təsdiqləyib və onlardan 92 nəfərinin sağalaraq işə davam etdiyini bildirib. Xəstəxananın üç şöbəsi karantindədir.


Oxunma sayı: 5699

Oxşar yazılar