Bakıda koronavirusa ən çox yoluxma bu rayonlardadır – Siyahı

  • 16:43 - 07 İyul

Bakı şəhərində koronavirusa yoluxma halları artsa da, paytaxt üzrə ilk üçlükdəki rayonlar dəyişməyib.

Avropa.info koronavirusinfo.az saytına istinadən xəbər verir ki, hazırda Azərbaycanda ümumi yoluxanların 55,1 faizi paytaxtdadır.

Hazırda Bakı şəhəri üzrə ən çox yoluxma halları üzrə Binəqədi, Yasamal və Xətai rayonlarındadır.

Belə ki, paytaxt üzrə yoluxanların 12,8 faizi Binəqədi, 12,4 faizi Yasamal, 11,9 faizi isə Xətaidə qeydə alınıb.

Sonrakı yerlərdə 11,8 faizi isə Sabunçu, 10,4 faizi Nəsimi, 8,8 faizi Nərimanov, 8,7 faizi Suraxanı, 8,6 faizi Nərimanov, 8,2 faizi Nizami, 5,7 faizi Qaradağ, 4,7 faizi Səbail, 4,2 faizi Xəzər, 0,3 faizi Piralladı rayonlarının payına düşür.

Qeyd edək ki, bu günədək Azərbaycanda ümumilikdə 20 837 nəfər virusa yoluxub. Onlardan 12 182 nəfəri sağalıb, 258-i isə dünyasını dəyişib. Aktiv koronavirus xəstələrinin sayı 8 397 nəfər təşkil edir. Ümumilikdə isə 522 773 müayinə aparılıb.


Oxunma sayı: 5842

Oxşar yazılar