Naxçıvan koronavirusdan qurtuldu – Yeni yoluxma qeydə alınmadı

  • 16:32 - 07 İyul

Azərbaycanda koronavirusa yoluxmada son vəziyyət açıqlanıb. Avropa.info koronavirusinfo.az saytına istinadən xəbər verir ki, son məlumatlardakı rəqəmlər Bakıda yoluxma hallarının yenidən artdığını göstərir.

Belə ki, bundan əvvəlki göstəricilərdə ümumi yoluxma hallarında Bakının payı 53,4 faiz təşkil edirdisə, hazırda bu, 55,1 faizdir.

Sonrakı yerlərdə 16,3 faizlə Abşeron, 8,4 faizlə Gəncə-Qazax, 7,5 faizlə Aran, 5,8 faizlə Lənkəran, 1,6 faizi Quba-Xaçmaz, 1,4 faizi Şəki-Zaqatala, 1,2 faizi Dağlıq Şirvan 1,1 faizi Yuxarı Qarabağ qərarlaşıb.

Rəsmi məlumata görə, Naxçıvan Muxtar Respublikasında yeni yoluxma qeydə alınmayıb.

Bildirilib ki, Azərbaycandakı koronaviruslu xəstələrin 1,3 faizi ölkə xaricində yoluxanlardır.

Qeyd edək ki, bu günədək Azərbaycanda ümumilikdə 20 837 nəfər virusa yoluxub. Onlardan 12 182 nəfəri sağalıb, 258-i isə dünyasını dəyişib. Aktiv koronavirus xəstələrinin sayı 8 397 nəfər təşkil edir. Ümumilikdə isə 522 773 müayinə aparılıb.


Oxunma sayı: 7470

Oxşar yazılar