Bakıda karantin rejimini pozan kafe aşkar edildi – Sahibi və müştəriləri cəzalandırıldı (Foto)

  • 16:19 - 07 İyul

Nəsimi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Alı Mustafayev küçəsində yerləşən “Zirvə” kafesinin işlədiyi məlum olub. Obyektə baxış zamanı ümumilikdə 7 nəfərin xüsusi karantin qaydalarını pozaraq orada olduqları aşkar edilib. Obyektin sahibi və  müştərilər saxlanılaraq ərazi üzrə Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə gətiriliblər. 

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onlar ciddi şəkildə cəzalandırılıblar. 

 

 

 


Oxunma sayı: 8801

Oxşar yazılar