İranda koronovirusdan ölüm sayında yeni rekord

  • 16:07 - 07 İyul

İranda sutka ərzində koronovirusdan rekord sayda - 200 nəfər həyatını itirib.

Avropa.info xəbər verir ki, bu barədə məlumatı İran Səhiyyə Nazirliyinin rəsmisi Sima Sadat Lari açıqlayıb. Onun sözlərinə görə, keçən sutka ərzində 2637 nəfərdə koronovirus aşkarlanıb.

İlk yoluxmanın qeydə alındığı 19 fevraldan etibarən İranda yoluxma sayı 245 min 688 nəfər, ölü sayı 11 min 931 nəfər olub. 207 min nəfər sağalıb.

İranda 14 iyunda iki aydan sonra ilk dəfə günlük 100 nəfərin ölüm halı qeydə alınmışdı. Xəstəliyin sürətlə yayılması isə iyunun əvvəlindən etibarən dini və kütləvi tədbirlərə icazə verilməsində sonra müşahidə olunmağa başladı. 


Oxunma sayı: 5842

Oxşar yazılar