Mustafa Şəntop Türkiyə parlamentinin sədri seçilib - YENİLƏNİB

  • 20:45 - 07 İyul

Türkiyə Böyük Millət Məclisi (TBMM) bu gün yeni sədrini seçib.

Avropa.info xəbər verir ki, TBMM sədri yenə də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Mustafa Şəntop olub.

Qeyd edək ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) Türkiyə parlamentindəki millət vəkilləri də M.Şəntopun TBMM sədrliyinə namizədliyini irəli sürüb. M.Şəntop 3-cü turda 328 səslə TBMM-nin sədri seçilib.

Onu da bildirək ki, sədrlik uğrunda Cümhuriyyət Xalq Partiyasının (CHP), Xalqların Demokratik Partiyası (HDP), İyi Partiya və Türkiyə Fəhlə Partiyasının (TİP) namizədləri ilə birgə sədrlik uğrunda 5  namizəd yarışıb.

M.Şəntop ona göstərilən etimada görə təşəkkür edərək bildirib ki, Türkiyə parlamentinin 100-cü ildönümündə TBMM-ə sədrlik edəcəyindən qürur duyur.

***

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopun səlahiyyət müddətinin bitməsi səbəbindən Türkiyə parlamenti yeni sədrini seçəcək.

Avropa.info xəbər verir ki, parlament sədri yerinə 6 nəfər namizədliyini irəli sürüb. AKP-nin Təkirdağdan deputatı Şəntop yenidən namizəd olub. CHP-dən Haluk Koç, HDP-dən Erol Katırcıoğlu, İYİ Partiyadan İmam Hüseyn Filiz, TİP sədri Erkan Baş və AKP-nin İstanbuldan seçilmiş deputatı Abdulla Gülər sədrliyə namizəddir.

Parlament sədrinin seçilməsi gizli səsvermə ilə olacaq. Birinci və ikinci turlarda 400 səs alan, üçüncü turda isə 301 səsi olan namizəd sədr seçiləcək.

Üçüncü səsvermədə mütləq səs çoxluğu əldə olunmazsa, səsvermədə ən çox səs alan iki namizəd üçün dördüncü səsvermə keçiriləcək. Dördüncü səsvermədə ən çox səs almış namizəd sədr seçiləcək.


Oxunma sayı: 8647

Oxşar yazılar