Baş həkimin oğlu avtomobillə 2 nəfəri vuraraq öldürdü - Foto

  • 14:44 - 07 İyul

Sabirabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avropa.info APA-ya istinadla xəbər verir ki, “Mercedes” markalı avtomobil 2 piyada qadını vurub.

Hər iki qadın hadisə yerində ölüb.

Sabirabadda iki nəfərin ölümünə səbəb olan qəzanı törədən avtomobilin sürücüsünün kimliyi məlum olub.

"Mercedes" markalı avtomobilin sürücüsü Kamran Nəsirlidir.

Qeyd edək ki, K. Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur.

 

 

 


Oxunma sayı: 12321

Oxşar yazılar