ABŞ-dan daha bir antirekord - Yoluxma sayı 3 milyonu keçdi

  • 14:21 - 07 İyul

Kovid-19 pandemiyasının ən çox təsirinə məruz qalan ABŞ-da virusa yoluxanların sayı 3 milyon nəfəri keçib.

Avropa.info xəbər verir ki, ABŞ bu rəqəmlə daha bir pandemiya "rekodu"nu qırıb. Kovid-19-da ölənlərin sayı isə 132 min nəfəri keçib. 1 milyon 324 min nəfər sağalıb, 1 milyon 582 min nəfər isə müalicə mərhələsindədir.

Pandemiyadan ən çox ziyan çəkən ştat isə Nyu-York olub. Son rəqəmlərə görə, Nyu-Yorkda yoluxma sayı 422 min, ölü sayı 32 min nəfərdir.


Oxunma sayı: 5930

Oxşar yazılar