Ümumdünya Səhiyyə Təşkilatından taun açıqlaması

  • 14:01 - 07 İyul

Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Çində aşkarlanan taun xəstəliyinin yüksək risk daşımadığını deyib.

Avropa.info xəbər verir ki, ÜST rəsmisinin sözlərinə görə, tauna yoluxma hallarının sayı nəzərə alındıqda xəstəliyin nəzarət altında olduğunu demək olar. 

Xatırladaq ki, Çinin Daxili Monqolustan muxtar vilayətinin Bayan Nur şəhərində bir nəfərdə taun tapılmışdı. Şəhərin səhiyyə sistemi ən aşağı xəbərdarlıq siqnalından bir səviyyə yuxarı olan təhlükə siqnalı verilmişdi. Təhlükə siqnalı ilin sonunadək qalacaq.

Əsasən gəmiricilərdə yaşayan bakteriyanın törətdiyi taun müalicə olunmadığı təqdirdə ölümcül ola bilir. 


Oxunma sayı: 6161

Oxşar yazılar