Nazir ötən ay işdən çıxarılan polisi rəis təyin etdi

  • 13:12 - 07 İyul

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Avropa.info xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmri ilə, Cabir Ələsgərov Qazax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, C.Ələsgərov Ağstafa Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsində çalışıb. RPŞ-nin bütün rəhbər heyəti iyunun 11-də işdən çıxarılmışdı.


Oxunma sayı: 5424

Oxşar yazılar