Koronavirusa yoluxmuş sabiq deputatı Bakıdan Türkiyəyə apardılar – Foto

  • 12:19 - 07 İyul

"Hazırda müalicələrim davam edir. Ümid edirəm ki, tezliklə sağalacağam".

Avropa.info xəbər verir ki, bu fikirləri modern.az-a sabiq deputat Mirzəcan Xəlilov deyib.

Sabiq deputat koronavirus xəstəliyini ağır keçirdiyini də bildirib:

"Xəstəliyi bir qədər ağır keçirirəm. Koronavirus xəstəliyi aşkarlananda Tibb Universitetinin klinikasına yerləşdirilmişdim. Ancaq səhhətimdə irəliləyiş olmadığından Türkiyəyə aparılmağı məsləhət gördülər. Hələlik burada müalicə alıram".

Qeyd edək ki, M.Xəlilov 2015-2020-ci illərdə 41 saylı Sumqayıt birinci seçki dairəsindən V çağırış Milli Məclisin üzvü olub.


Oxunma sayı: 5655

Oxşar yazılar